Modern.az

Aybəniz Haşımovanın qardaşına hökm oxundu

Aybəniz Haşımovanın qardaşına hökm oxundu

29 May 2025, 17:03

Əməkdar artist Aybəniz Haşımovanın qardaşı Şaiq Həşimovun cinayət işi üzrə istintaq başa çatıb.

Modern.az xəbər verir ki, Quba Rayon Məhkəməsinin qərarı ilə Şaiq Həşimov dələduzluqda təqsirli bilinib və ona 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. 

Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara “müalicəvi masaj” edərək, sağlamlıqlarını bərpa edəcəyini deyərək aldadıb.

O, heç bir lisenziyası olmadan Rusiyada altı aylıq kurs keçərək sözügedən fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alaraq dələduzluq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?