Modern.az

Fazil Mustafa Siyavuş Novruzova CAVAB VERDİ

Fazil Mustafa Siyavuş Novruzova CAVAB VERDİ

Parlament

14 Fevral 2014, 13:48

“Biz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, həm də bələdiyyələrin fəaliyyətinə onların işlərinin necə olması ilə bağlı öz fikirlərimiz söyləyirik. Bizim ölkəmizdə belə düşünürlər ki, hər şey öz yolu ilə gedir, hər hansı bir tənqidə, hər hansı bir yanlış, neqativ halların deyilməsinə ehtiyac yoxdur. Həmkarım Siyavuş Novruzov da məsələyə münasibət bildirəndə, mən təəccübləndim. Çünki cənab Prezident bu yaxınlarda müşavirdə belə bir fikir işlətdi ki, “Mən xalqın xidmətçisiyəm””.

Modern.az-ın məlumatına görə, bunu Mili Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

“Ölkənin də əsas problemlərindən biri də korrupsiyayadır. Bu məsələ də cəmiyyətin nəzarətindədir. Cəmiyyətin də fəallığı özünü göstərməlidir ki, belə problemlər yavaş-yavaş aradan qaldırılsın. Özünü xalqın xidmətçisi hesab edən Prezidentin əksinə olaraq, bəzi həmkarlarımız, hansısa məmurlarımız, qrupların xidmətçisi kimi göstərməyə çalışırlar. Açığı mən bir şeyi demək istəyirəm ki, biz tənqid edirik ona görə ki, harada neqativ məsələ var, o götürülsün. Ola bilsin ki, korrupsiya da var. Bu hər ölkədə var. Amma allahsızlıq deyilən bir termin var, bu həddə qədər məsələlər olur ki, onları söyləmək lazımdır. Yəni biz nəyi deyirik? Binaların bu qədər üzlük çəkilib, bu vəziyyətə gətirilməsini deyirik”.

F. Mustafa çıxış edərkən spikerin müavini Ziyafət Əsgərov onun sözünü kəsərək, deyib ki, məsələnin mahiyyəti barədə danışsın. Fazil Mustafa da bildirib ki, mahiyyət üzrə danışır və onun çıxışını axıra qədər dinləsin və iradını bildirsin.

Daha sonra çıxışına davam edən F.Mustafa qeyd edib ki, insanlar başa düşməlidir ki, tənqid dövlətin xeyrinədir:

“Prezidentin çağırışı odur ki, göstərin harada hansı problemlər var, biz həll edək. Ona görə də biz deyirik ki, allahsız formada nəyinsə dağıdılması adamyeyənlikdir. Adamyeyənlərin təmsilçisi kimi, onları müdafiəçisi kimi çıxış edənləri görəndə mən təəccüblənirəm. Və bu bir ənənəyə çevrilib. Bunu bu formada təhlil etmək çox yersizdir. İkincisi, mən bələdiyyələrin statusunun qaldırılmasından danışmaq istəyirəm. Necə qaldıra bilərik onların statusunu? Bunun üçün birinci Bakı, Gəncə, Sumqayıtda birbaşa bələdiyyə sərhədlərinin seçilməsi həll olunmalıdır. Əhalinin bələdiyyə institutuna seçki formasında qatılmasını artıq təmin etməliyik".

Gültəkin Ələsgər
 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...