Modern.az

Azərbaycanli könüllülər qara qitəyə gedəcək

Azərbaycanli könüllülər qara qitəyə gedəcək

14 Fevral 2014, 14:02

Afrikanın dərdinə şərik olacaq, yanan ürəklərinə su çiləyəcək, qaranlıq dünyalarına işıq saçacaqlar

Dünyanın üz çevirdiyi qara qitəyə Azərbaycan kömək əlini uzadır.  Tanzaniyada Azərbaycan- Türkiyə İş birliyi Proqramı (TATİP) layihəsi həyata keçib. Türkiyə baş nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi TİKA- nın təşkilatçılığı ilə bu proqrama əsasən ilk layihə 15-24 fevral tarixlərində həyata keçiriləcək.  TRT-nın Bakı təmsilçiliyindən Modern.az saytına bildiriblər ki, Türk və Azərbaycan həkimlərindən ibarət heyət Tanzaniyaya gedəcək. Qara qitənin dərisi qedər bəxti də qara olan insanlarının qaranlıq dünyalarına işıq olacaqlar. Azərbaycan Gəncliyə Yardım Fondu və dünya səviyyəsində səhiyyə layihələri ilə tanınan Yer Üzü Doktorları 100 yaxın katarakt xəstəsini əməliyyat edəcək. Bununla yanaşı ehtiyacı olan göz xəstələri müayinə olunacaqlar. Yeni layihəyə əsasən könüllü Türk və Azərbaycan həkimləri təcrübələrini yerli həkimlərlə bölüşəcəklər. TİKA qara qitənin yanan ürəyinə su çiləyəcək. İşlərə daha öncədən başlanan “Seyid Yəhya Şirvani”nin adı verilmiş su quyusunun açılış mərasimi keçiriləcək.

TATİP çərçivəsində həyata keçiriləcək ikinci layihə yenə səhiyyə sahəsində olacaq. Türk və Azərbaycanlı həkimlər bu dəfə ana və uşaq xəstəliklərini müalicə etmək üçün qara qitəyə səfər edəcəklər. Tanzaniyada uşaq ölümünün qarşısının alınmasi üçün başladılan işlərə öz töhfələrini verəcəklər.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU