Modern.az

Komitə sədri: “Azərbaycanda 588 dini icma qeydiyyata alınıb”

Komitə sədri: “Azərbaycanda 588 dini icma qeydiyyata alınıb”

14 Fevral 2014, 14:15


"Ötən il 12 dini icma qeydiyyata alınıb". Modern.az-ın məlumatına görə, bunu Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib. O deyib ki, bununla da dövlət qeydiyyatından keçən dini qurumların ümumi sayı 588-ə çatıb. Komitə sədri onu da qeyd edib ki, radikal dini ədəbiyyatın Azərbaycana gətirilməsinin qarşısı alınıb: 
“688 adda dini məzmunlu ədəbiyyata baxılaraq dini dözümsüzlüyü təbliğ edən 29 adda kitabın ölkəyə idxalı məqsədəuyğun sayılmayıb. Ölkədə çap olunmaq məqsədilə ekspertizaya 209 adda dini ədəbiyyat təqdim olunmuş,  onlardan 4-də dini dözümsüzlüyü təbliğ edən fikirlər olduğundan çapına razılıq verilməyib”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU