Modern.az

Müsavat Gənclər Təşkilatında qalmaqal böyüyür

Müsavat Gənclər Təşkilatında qalmaqal  böyüyür

14 Fevral 2014, 14:28


“Bu problemlər təşkilatdakı seçkilərdən sonra başladı. Bəzi üzvlər yeni təşkilat rəhbərini qəbul edə bilmədilər. Onlar təşkilatın əsasnaməsinə riayət etməkdən boyun qaçırırdılar. Dəfələrlə xəbərdarlıq etdik. Xəbərdarlığa məhəl qoymadıqlarına görə partiyadan uzaqlaşdırdılar. Onlar iclasa dəvət oluna bilməzdi, burda yalnız Şura üzvləri iştirak edir. Amma özləri gəlib, iştirak edə bilərdilər. Şura üzvü olmayan gəncin iclasa dəvət edilməməsinin məsuliyyətini biz daşımırıq”.

Bunu Modern.az-a Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas təşkilatdan uzaqlaşdırılan gənclərlə bağlı danışarkən deyib. O, fəaliyyətlərinin şəffaf olduğunu qeyd edib: “Sədriliyimi qəbul etməmək onların işidir. Təşkilat daxilində 5-10 nəfər sədrliyimi qəbul etməyə bilər. Amma çoxluq məni dəstəkləyir. Bizim fəaliyyətimiz şəffafdır. Fəaliyyətimizi təcrübəli müsavatçılar da izləyir, əgər hansısa səhvə yol versək, onlar deyərlər”.

Ə.Abbas baş verənlərin partiya rəhbərliyi ilə müzakirə edilməyəcəyini bildirib: “Məsələləri başqanla müzakirə etməyə lüzum görmürəm. Düzdür, mütəmadi məsləhətləşirik, amma xırda məsələləri müzakirə etməyi düşünmürəm. Biz əsasnaməyə uyğun addım atmışıq. Narazıdırlarsa, şikayət verə bilərlər. Partiyada Nəzarət Təftiş Komissiyası (NTK) fəaliyyət göstərir, bu işlərlə həmin qurum məşğul olur”.

Qeyd edək ki, MGT-də ötən ilin noyabrında yeni sədr seçildikdən sonra ayrı-ayrı vaxtlarda təşkilatdan səkkiz gənc kənarlaşdırılıb. Bunlar Cavanşir Abbaslı, Kərim Kərimli, Orxan Eyyubzadə ,Samir Poladov Azər İnqilabçı, Fərid Həsənsoy, Nicat Sərdar və İlkin Sərdardır. MGT-dən kənarlaşdırılan gənclər idarəçilikdən narazı olduqlarını bildirirlər.

İlkin PİRƏLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU