Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz, dəyişkən buludlu olacaq. Səhər saatlarında yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimal edilir. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5, gündüz 6-10 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 15-də hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında gecə və səhər saatlarında çiskin müşahidə ediləcək, şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında 2-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
Modern.az