Modern.az

Bakıda iki maşın toqquşdu - Ölən var

Bakıda iki maşın toqquşdu - Ölən var

Hadisə

30 May 2025, 12:12

Bakı şəhəri, Binəqədi rayonunda yol-nəqliyyat hadisəsinin baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" markalı minik avtomobili və “Temsa” markalı avtobus toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?