Modern.az

16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətə şərikdir - Deputat

16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətə şərikdir - Deputat

Parlament

30 May 2025, 12:46

Bu gün cəmiyyətdə boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması ciddi narahat doğurur. 
Ailə institutunun güclənməsi üçün ciddi addımlar atmalıyıq.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.

"Hesab edirəm bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir. Hesab edirəm, ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb. 

Hesab edirəm, bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətə şərikdir. 
Necə olur ki bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?