Modern.az

Məktəblərdə direktor müavinləri kişi olsun - Deputatdan təklif

Məktəblərdə direktor müavinləri kişi olsun - Deputatdan təklif

30 May 2025, 13:15

Ali məktəblərdə ixtisasından fərqi olmayaraq gender bərabərliyinə aid fənn tədris edilməlidir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bununla bağlı hüquqşünaslar, psixoloqlar, sosioloqlar, iqtisadçılar xüsusi dərsliklər hazırlaya bilərlər:

“Orta məktəblərdə kişi müəllimlərin sayı həddən artıq azdır. Bunun bir çox səbəbi var. Bu təkcə bir nazirliyin işi deyil. Problemin qarşısını almalıyıq. Təklif edirəm ki, məktəb direktorlarının müavinləri kişilər olsun. Düzdür, bu, qanunvericilikdə əks olunmaya da bilər. Məktəblərdə bir yox, iki psixoloq olsun, biri qadın, biri kişi olsun. Bu gənclərimizin tərbiyə edilməsində böyük rol oynayacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?