Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib.
Modern.az-ın məlumatına görə, spiker Sahibə Qafarova deyib ki, sessiya ərzində 65 qanun qəbul edilib, 8 beynəlxalq sənəd təsdiqlənib.
"Milli Məclis səlahiyyətlərini tam şəkildə həyata keçirib. Parlamentlə hökumət arasında konstruktiv əlaqə olub", - o qeyd edib.
Onun sözlərinə görə, yaz sessiyasında 60 deputatın 32 ölkəyə 50 səfəri olub.
“Onlar 13 beynəlxalq təşkilatda çıxış ediblər. 41 ölkə və 8 beynəlxalq təşkilatın nümayəndələri, ümumilikdə 443 xarici qonaq Milli Məclisdə olub”.