İyun ayında Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
Spiker bununla bağlı təkliflər olduğunu və müvafiq qərar verildiyini qeyd edib. Məlum olub ki, 85 deputat növbədənkənar sessiya təklifi ilə çıxış edib.
Xatırladaq ki, bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilir.