Modern.az

Prokurorluqdan yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı AÇIQLAMA

Prokurorluqdan yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı AÇIQLAMA

14 Fevral 2014, 15:12


Fevralın 13-də paytaxda baş vermiş partlayışlarla əlaqədar respublikanın hüquq mühafizə orqanları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib. Bu haqda Modern.az-a prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluqdanb bildirib ki, həmin tarixdə saat 16.30 radələrində Xətai rayonu ərazisində “Lukoil Azərbaycan” QSC-nin yanacaqdoldurma məntəqəsində yanacaq məhsullarının saxlanılması üçün nəzərdə tutulan yeraltı dəmir çənlərdə təmir işlərinin aparılması zamanı baş vermiş partlayış nəticəsində fəhlələr - Həsrət İmamverdiyev və Şamxal Orucovun ölmələri, Həşim Turabovun isə xəsarət alması faktına görə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb.

İlkin araşdırma ilə partlayışın neft məhsullarının qapalı mühitdə buxarlanmasından yaranan təhlükəli hava-qaz qarışığının alışmasından baş verməsi ehtimal olunur. Digər hadisə həmin gün saat 11 radələrində Binəqədi rayonu ərazisində yarımçıq tikilinin zirzəmisində baş verib.

İlkin araşdırmalarla qaz sızmasından baş verməsi ehtimal edilən partlayış nəticəsində  Binəqədi rayon sakinləri - Fillurə Budaqova,  Afiyət İbadova, Tamella Səfərova, Şücayət Qədimova və Tərlan Kazımov müxtərlif dərəcəli xəsarətləri almış, avtomobil,  yaşayış binası və ticarət obyektlərinə zərər dəymişdir. Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmışdır.

Xəsarət almış şəxslər dərhal xəstəxanalara yerləşdirilərək onlara ilkin tibbi yardım göstərilib.. Hadisələrin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə cinayət işləri üzrə zəruri ekspertizalar təyin edilmiş və hazırda istintaq tədbirləri davam etdirilir.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU