Modern.az

Nazirliyin rəsmi saytında ictimai müzakirələrə dair bölmə yaradılıb

Nazirliyin rəsmi saytında ictimai müzakirələrə dair bölmə yaradılıb

Təhsil

14 Fevral 2014, 15:21


 

Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) rəsmi internet saytında müvafiq qanunvericilik layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə bölmə yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsibndən Modern.az-a verilən məlumat görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (//www.mlspp.gov.az) əmək və sosial müdafiəsi sahəsi ilə bağlı hazırlanan yeni normativ hüquqi aktların layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə ayrıca bölmə yaradılıb.

Vətəndaşlar sayta daxil olmaqla «Qanunvericilik» bölməsinin «Qanunvericilik layihələri» alt bölməsində yeni layihələrlə tanış ola, eyni zamanda rəy və təkliflərini [email protected] e-mail ünvanına göndərə bilərlər. Sayta ilk olaraq nazirlik tərəfindən hazırlanmış «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair  Milli Fəaliyyət  Proqramı  (2014-2018-ci illər)»nın və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun layihələri yerləşdirilib. Həmin layihələrlə bağlı rəy və təkliflər 2014-cü il 03 mart tarixədək qeyd olunan e-ünvanda qəbul olunacaqdır.

Qeyd edək ki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununa («normativ hüquqi aktların layihələrinin normayaratma orqanlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi») əsasən həyata keçirilən tədbir normayaratma fəaliyyətində aşkarlığın təmin olunmasına xidmət edir.  

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU