Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini açıqlayıb.
İmtahan nəticələrinə görə, ən yüksək bal toplayan 3 nəfərdən biri Nicat Əliyevdir.
O, mümkün 100 baldan 95.5 bal toplayıb.
Modern.az-ın məlumatına görə, Nicat "Mədəniyyət" qəzetinin baş redaktoru, əslən Cəbrayıldan olan jurnalist Vüqar Əliyevin övladıdır.
O, Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır.
Nicat saytımıza açıqlamsında bildirib ki, bu il ali təhsilinin ilk pilləsini başa çatdıracaq.
Belə ki, o, imtahanda 95,5 bal toplayıb.
"İxtisasımı dəyişməyə çalışacam. Daha çox informasiya texnologiyaları sahəsini istəyirəm", - Nicat qeyd edib.