Modern.az

ABŞ səfirliyindən casus qalmaqalına REAKSİYA: “Konqres işçilərinin səfəri adi, işgüzar xarakterli olub” - ÖZƏL

ABŞ səfirliyindən casus qalmaqalına REAKSİYA: “Konqres işçilərinin səfəri adi, işgüzar xarakterli olub” - ÖZƏL

Təhsil

14 Fevral 2014, 15:53

“ABŞ Konqresinin işçilərindən ibarət olan nümayəndə heyətinin Azərbaycana səfəri adi işgüzar xarakter daşıyıb”. Bunu Modern.az saytının sorğusuna ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən “casus qalmqalı”na cavab olaraq bildiriblər. Səfirlikdən qeyd edilib ki, nümayəndələr səfər zamanı səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər:

“Onlar bu səfərləri ona görə edirlər ki, Azərbaycan və regionla bağlı ABŞ-ın qanunverici orqanına məlumat versinlər. Bununla bağlı digər sualları isə Konqres nümayəndələrinə ünvanlasanız, daha məqsədəuyğun olar”.

Qeyd edək ki, jurnalist Eynulla Fətullayev “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalə yazıb. O, yazısında ötən ay ABŞ Senatı aparatının iki əməkdaşı - Con Zadrozni ilə Daniel Vajdiçinin Bakıya gəldiyini və “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovayla ölkədəki ictimai-siyasi durumu müzakirə etdiklərini qeyd edib. E.Fətullayev yazısında X.İsmayılovanın amerikalı nümayəndələrə ölkə müxalifəti və jurnalistlərlə bağlı siyahı təqdim etdiyini göstərib. Siyahıda göstərilən şəxslərin hakimiyyətə işlədiyi iddia olunur.

 

İlkin PİRƏLİ 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU