Modern.az

Arazda suyun səviyyəsi 37 sm artıb

Arazda suyun səviyyəsi 37 sm artıb

Aktual

31 May 2025, 10:30

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 31-i saat 10:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 3 sm, Qudiyalçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Surrada 3 sm, Kür-Bankədə 2 sm, Araz çayının yuxarı axınında isə 37 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 23 sm artıb, su sərfi 505 m3/san olmaqla normanın 73%-ni təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu