Modern.az

Rusiyada ağır qəza - 3 azərbaycanlı həlak oldu

Rusiyada ağır qəza - 3 azərbaycanlı həlak oldu

Hadisə

31 May 2025, 10:57

Mayın 30-da Rusiyanın Şimali Osetiya bölgəsində yerləşən Dzuarikau–Arxon avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Modern.az bu barədə Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

 

Bildirilib ki, saat 14:00 radələrində baş verən qəzada 19 yaşlı sürücünün idarə etdiyi “Lada Priora” markalı avtomobil qarşı hərəkət zolağına çıxaraq “VAZ 21053” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

 

“Priora” markalı avtomobilin sürücüsünün 2006-cı il təvəllüdlü, digər avtomobilin sürücüsünün isə 1992-ci il təvəllüdlü olduğu qeyd edilib.

 

Qəza nəticəsində 5 nəfər hadisə yerində ölüb, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlərdən 3 nəfərin Azərbaycan vətəndaşı olduğu bildirilir. Onların şəxsiyyəti dəqiqləşdirilir.

 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki,  "Oxu.az"ın məlumatına görə, dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.

Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.

Qəzada ölən üçüncü azərbaycanlı Ağstafa rayonunun Muğanlı kənd sakini, 2000-ci il təvəllüdlü Ceyhun Arif oğlu Məmmədovdur.
 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular