Modern.az saytı dünya parlamentlərinin ən gözəl xanım deputatlarının növbəti siyahısını təqdim edir. Bu dəfə Ukrayna Ali Radasının “6-lığ”ını nəzərinizə çatdırırıq.
İrina Berejnaya iqtidardakı Regionlar Partiyasını təmsil edir. 32 yaşlı deputat xanım Avrointeqrasiya üzrə komitənin sədr müavinidir. “III minilliyin qadını” (2007), “İlin adamı” (2009) uğurları ilə fəxr edə biləcək İ.Berejnaya Ukraynanın əməkdar hüquqşünasıdır. Ərli olmayan xanım deputatın bir qız övladı var.
Tatyana Donets - 32 yaşında, subay AİDS-ə dair alt komitəyə sədrlik edir.
Lesya Orobets - 30 yaşlı xanım Ali Radada xarici işlər üzrə komitədə katibdir. Ərli və iki qız anasıdır.
Oksana Kaletnik Ukrayna kommunistlərini təmsil edir. 40 yaşlı xanım deputat Ukrayna parlamentinin büdcə məsələləri üzrə komitəsində sədr müavinidir. Boşanıb, bir qızı var.
İrina Geraşşenko “Udar” Partiyasının üzvüdür. 39 yaşlı xanım Avrointeqrasiya komitəsində müavin və alt komitədə sədr vəzifələrini tutur. Ərli və iki qız anasıdır.
Taisiya Povaliy (48 yaşında) də hakim Regionlar Partiyasını təmsil edir. Ukrayna və İnquş respublikalarının xalq artistidir. Ali Radada mədəniyyətlə bağlı komitədə sədridir. Ərli və bir oğul anasıdır.
Modern.az