Kaunterpart Azərbaycan (Counterpart İnternational) Beynəlxalq Təşkilatı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə 2012-ci ildən Qadın İştirakçılığı Proqramını (QİP) həyata keçirir. QİP-nın ümumi məqsədi qadınlar üçün vacib olan məsələlərlə bağlı ictimai məlumatlandırma, qadınların qərarvermə proseslərinə təsirinin gücləndirilməsi və qadın hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti təşkilatlarının (QHT lərin) və qadın məsələləri sahəsində fəaliyyət göstərən dövlət strukturlarının bacarıqlarının artırılması yolu ilə Azərbaycanda qadınların vəziyyətinin yaxşılaşdırılmasıdır. Layihənin birinci dövrü 2013-cü ilin iyul ayında uğurla başa çatıb.
Bu dövrdə “Lider Qadınlar” İB, “Universitet Təhsilli Qadınlar Cəmiyyəti” və “Qadınlar Gələcək Uğrunda” İB-dən ibarət koalisiya Qadın İştirakçılığı Proqramı çərçivəsində “Qərar qəbulu prosesində qadınların bərabərhüquqlu təmsilçiliyinin artırılması gender bərabərliyinin əsas şərtidir” adlı layihəni həyata keçirmişdir. Layihə müddətində Bakıda və Azərbaycanın 5 bölgəsində (Şəmkir, Gədəbəy, Lerik, Qobustan, Xızı) qadın liderliyi ilə bağlı silsil’ maarifləndirmə təliməri, qərar qəbulunda təmsil olunan məmurların iştirakı ilə ictimai dinləmələr keçirilmişdir. Layihə Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsinin dəstəyi və iştirakı ilə həyata keçirilib. 15 yanvar 2014-cü il tarixindən Kaunterpart Azərbaycan (Counterpart İnternational) Beynəlxalq Təşkilatı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Qadın İştirakçılığı Proqramının (QİP) ikinci mərhələsinə start verib. Koalisiyamız ikinci mərhələdə “Seçkili orqanlarda qadınların təmsilçiliyinin artırılması” adlı layihənin icrasına başlanılıb. Layihənin əsas məqsədi seçkili orqanlarda qadınların təmsilçiliyini artırmaq, onların siyasi və sosial-iqtisadi proseslərə təsirini gücləndirməkdir. Layihənin əsas vəzifələri: -qadınların siyasi iştirakçılığının, seçkili orqanlarda təmsilçiliyinin artırılması zərurətinin əsaslandırılması ilə bağlı ictimai məlumatlandlrma, maarifləndirmə kompaniyasının aparılması, -qadınların elektoral aktivliyinin gücləndirilməsi, onların namizəd qismində seçkilərdə iştirak etməyə həvəsləndirilməsi, -potensial qadın namizədlərin seçki texnologiyaları sahəsində maarifləndirilməsi, -qadın namizədlərin seçki kompaniyasının təşkili, könüllü qadın müşahidəçilərin hazırlanması, -qarşıdan gələn bələdiyyə və parlament seçkilərində qadın namizədlərin sayının artması, -qadınların siyasi iştirakçiliğı platformasının gücləndirilməsi. Layihəhə çərçivəsində Bakı, Salyan, Sabirabad, Lerik, Yardımlı, İsmayıllı, Yevlax şəhərlərində qadın Forumları, İctimai Dinləmələr, bələdiyyə seçkilərində namizəd qadınlar, və müşahidəçilər üçün silsilə təlimlər, 18-35 yaçlı qadınlar üçün sahibkarlığın inkişafı ilə bağlı təlimlər keçiriləcək.Layihə 2015-ci il iyun ayında başa çatacaqdır. Layihə birinci mərhələdə olduğu kimi Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsinin dəstəyi və iştirakı ilə həyata keçiriləcəkdir.