Modern.az

Qarabağ Universiteti üçün tarixi bina AYRILIB

Qarabağ Universiteti üçün tarixi bina AYRILIB

Təhsil

2 İyun 2025, 12:58

“Şuşada yerləşən ən böyük tarixi abidə məhz təhsil məqsədi üçün ayrılıb”.

Modern.az xəbər verir ki, bunu iyunun 2-də Qarabağ Universitetində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib. 

“Biz bunun üçün ölkə rəhbərliyinə təşəkkür edirik”, – deyə nazir vurğulayıb.

O qeyd edib ki, 2026-cı ilin sentyabr ayından Qarabağ Universitetinin İncəsənət fakültəsi fəaliyyətinə məhz həmin tarixi binada – Şuşa Realnı Məktəbinin yerləşdiyi ərazidə davam edəcək. 

Bu addım həm təhsilin inkişafı, həm də Şuşanın mədəni irsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?