Almaniya kansleri Fridrix Merz gələn həftə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Stefan Korniliusun yaydığı bəyanatda qeyd olunub.
O, bildirib ki, danışıqlarda Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və ticarət siyasəti kimi mövzular müzakirə olunacaq.