Naxçıvanda “Uşaqların Rəngli Dünyası” Festivalı 2025 ilə bağlı yürüş keçirilib.
Modern.az xəbər verir ki, 200-ə yaxın uşaq “Böyük bağ” adlanan ərazinin qarşısından tədbirin təşkil olunduğu Əcəmi Seyrəngahına yürüş edib.
Qeyd edək ki, hazırda Naxçıvanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların Rəngli Dünyası” Festivalı 2025 keçirilir.