Modern.az

Füzulidə “Qarabağım mənim” adlı festival

Füzulidə “Qarabağım mənim” adlı festival

Aktual

1 İyun 2025, 16:43

Füzulidə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Qarabağım mənim” adlı festival keçirilib.

 

Modern.az xəbər verir ki, Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə işğaldan azad olunmuş ərazilərin məktəbliləri üçün festival keçirilib.

 

Tədbirdə 150-yə yaxın şagird iştirak edib. Festivalın əsas məqsədi uşaqların yaradıcılıq potensialının üzə çıxarılması və onların asudə vaxtlarının səmərəli təşkili olub.

 

Festival çərçivəsində məktəblilərin musiqili çıxışları nümayiş olunub, müxtəlif əyləncəli və interaktiv proqramlar təşkil edilib. “Sülh bağı” adlı ağacəkmə aksiyasında uşaqlar fəal iştirak ediblər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu