Modern.az

Ukraynadan Rusiyaya böyük zərbə - Təyyarələrini yandırdılar

Ukraynadan Rusiyaya böyük zərbə - Təyyarələrini yandırdılar

1 İyun 2025, 17:02

Ukraynanın pilotsuz təyyarələri Rusiya bombardmançı təyyarələrinin məhv edilməsi üzrə Təhlükəsizlik Xidmətinin “Pauçina” xüsusi əməliyyatı çərçivəsində bu ölkənin hərbi aerodromlarına hücum edib.

 

Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, 40-dan çox təyyarə, o cümlədən A-50, Tu-95 və Tu-22 M3 məhv edilib.

 

Hücumlar Murmansk vilayətindəki “Olenya”, İrkutsk vilayətindəki “Belaya” aerodromlarına və başqalarına edilib.

 

Hesablamalara görə, Rusiya aviasiyasının itkiləri 2 milyard dollardan çox ola bilər.

 

“İnterfaks-Ukrayna” qeyd edib ki, hazırda “Belaya”, “Dyaqilevo”, “Olenya” və “İvanovo” aerodromlarında təyyarələr yanır. “Malyukun (Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk – red.) sayəsində Rusiya Federasiyası indi “demilitarizasiya” sözünün əsl mənasını başa düşür”, - agentliyin mənbəyi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər