Modern.az

"Mir" uşaqlar arasında şahmat turniri keçirib

"Mir" uşaqlar arasında şahmat turniri keçirib

Aktual

1 İyun 2025, 17:00

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin (DTRŞ) Azərbaycan Milli Nümayəndəliyinin ofisində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə gənc şahmatçılar arasında turnir təşkil olunub.

Modern.az xəbər verir ki, turnirə respublika dərəcəli hakim Ayaz Babayev rəhbərlik edib.

Yarışda 14 yeniyetmə şahmatçı iştirak edib. Tədbirin açılışında "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru, Əməkdar jurnalist İlqar Paşazadə bayram münasibətilə bütün uşaqları təbrik edib, iştirakçılara uğurlar arzulayıb.

Turnirin yekununda Fatimə Abdulova birinci yerə, Murad Şimşək ikinci yerə, Leyla Salmanlı isə üçüncü yerə layiq görülüb.

Qaliblərə xüsusi diplom və hədiyyələr təqdim olunub. Turnirdə iştirak edən digər şahmatçılar da diqqətdən kənarda qalmayıb. Onlara "Mir" DTRŞ-yə məxsus qolbağlar hədiyyə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi