Modern.az

Rusiya nümayəndələri Ukrayna ilə danışıqlar üçün Türkiyədə

Rusiya nümayəndələri Ukrayna ilə danışıqlar üçün Türkiyədə

1 İyun 2025, 17:38

Rusiyanın nümayəndə heyəti bazar günü günortadan sonra Ukrayna ilə danışıqlarda iştirak etmək üçün təyyarə ilə Türkiyənin İstanbul şəhərinə yola düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "İnterfaks" danışıqların hazırlanması ilə tanış olan mənbəyə istinadən məlumat yayıb. 

 

"Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti bazar günü günortadan sonra təyyarə ilə İstanbula uçub", - agentliyin müsahibi bildirib.

 

O, qeyd edib ki, Rusiya nümayəndə heyəti iyunun 2-də səhər danışıqlara başlamağa hazır olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər