Modern.az

Azərbaycan millisi dünya çempionu oldu

Azərbaycan millisi dünya çempionu oldu

İdman

1 İyun 2025, 21:17

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi bəlli olub.

Modern.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib.

Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (2) vurublar.

Bununla da Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub.

Qeyd edək ki, turnirdə üçüncü yeri Monteneqroya 3:0 hesabı ilə qalib gələn Serbiya millisi tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı