Polşada ötən gün keçirilən prezident seçkilərində istifadə edilən bülletenlərin 99.8 faizi sayılıb.
Modern.az-ın məlumatına görə, müxalif Hüquq və Ədalət partiyasından prezidentliyə namizədi Karol Navroçki seçkilərin qalibi olub.
Məlumata görə, Navroçki 50,9 faiz, hakim Vətəndaş Koalisiyasının namizədi Varşava meri Rafal Trzaskovski isə 49,1 faiz səs toplayıb. Bülletenlərin 99,93%-i işləndikdən sonra vəziyyət dəyişməz qalıb.
Polşada prezident seçkilərinin ikinci turunda səsvermə iyunun 1-də keçirilib. Seçicilərin 72,8%-i iştirak edib. Dövlət Seçki Komissiyası rəsmi nəticələri iyunun 2-də elan edəcək.
Mayın 19-da keçirilən prezident seçkilərinin birinci turunda Rafal Trzaskovski 31,36%, Karol Navrocki isə 29,54% səs toplayıb.