Modern.az

Bu gün 36 dərəcə isti olacaq

Bu gün 36 dərəcə isti olacaq

Aktual

2 İyun 2025, 08:05

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

 

Bu barədə Modern.az-a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-45 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman gözlənilir. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 17-22 isti, gündüz 31-36° isti° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu