Modern.az

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Aktual

2 İyun 2025, 09:12

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, xəbərdarlığa əsasən, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyunun 4-ü gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, dənizdə isə arabir 30 m/s- dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda isə 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu