Modern.az

Lerikdə maşın dərəyə aşdı - Sürücü xəsarət aldı

Lerikdə maşın dərəyə aşdı - Sürücü xəsarət aldı

Hadisə

2 İyun 2025, 09:46

Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumata görə, hadisə Lerik rayonu ərazisində, Piran-Veri yolunda qeydə alınıb.

Lerik rayon Veri kənd sakini 1998-ci il təvəllüdlü Möhlət Səxavət oğlu Şahverdizadə idarə etdiyi "Niva Chevrolet" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Qəza nəticəsində sürücü M.Şahverdizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?