Modern.az

Bakı Türk Liseyinə qəbul imtahanları keçirilib

Bakı Türk Liseyinə qəbul imtahanları keçirilib

Təhsil

2 İyun 2025, 09:52

Mayın 31-i və iyunun 1-də Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə 6-cı və 9-cu siniflər üzrə qəbul imtahanları keçirilib.

Modern.az xəbər verir ki, test üsulu ilə təşkil olunan imtahanlar Azərbaycan dili, tarix, ingilis dili, kimya, fizika və riyaziyyat fənlərini əhatə edib.

İmtahanlarda ümumilikdə 1600-dən çox şagird iştirak edib.

Qəbul imtahanlarının nəticələrinin ən geci iyunun 15-də elan olunacağı nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI