Modern.az

Rusiya-Ukrayna danışıqlarında Hakan Fidan da iştirak edəcək

Rusiya-Ukrayna danışıqlarında Hakan Fidan da iştirak edəcək

Aktual

2 İyun 2025, 11:53

Rusiya ilə Ukrayna arasında danışıqların 2-ci raundunun bu günə - iyunun 2-nə planlaşdırıldığı və İstanbuldakı Çırağan sarayında baş tutacağı barədə xəbər vermişdik.

Modern.az xəbər verir ki, Rusiya nümayəndə heyətinə prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. O, 2022-ci ilin yazında İstanbulda keçirilən danışıqlarda da ruslara rəhbərlik etmişdi.

Bugünkü iclasda Ukrayna tərəfini müdafiə naziri Rustem Umerov təmsil edəcək.

Moskva və Kiyev arasında son üç ildə danışıqların ilk raundu mayın 16-da baş tutub.

İstanbul danışıqları ərəfəsində iki ölkənin silahlı qüvvələri bir-birinə, o cümlədən PUA-larla müxtəlif hücumlar həyata keçirib.

Türkiyəli diplomatik mənbə öz növbəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanın İstanbulda Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlarda iştirak etmək niyyətində olduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi