Modern.az

İran Azərbaycana yeni səfir təyin edib

İran Azərbaycana yeni səfir təyin edib

2 İyun 2025, 12:24

İran İslam Respublikası Azərbaycana yeni səfir təyin edib.

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.

“İranın Azərbaycandakı yeni səfiri müəyyənləşib və təqdim olunub. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli və tanınmış diplomatdır”, - İran XİN rəsmisi qeyd edib.

İsmayıl Bəqai yeni səfirin adını açıqlamayıb.

Qeyd edək ki, İranın Azərbaycandakı sonuncu səfiri Seyid Abbas Musəvi olub. O, 2020-2024-cü illərdə bu postu tutub və səlahiyyət müddətini başa vurandan sonra ölkəsinə geri dönüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu