Modern.az

Şərurun kəndlərinin qazı KƏSİLƏCƏK

Şərurun kəndlərinin qazı KƏSİLƏCƏK

2 İyun 2025, 12:17

Şərur rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Modern.az xəbər verir ki, yeni siyirtmə quraşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun Çərçiboğan, Arbatan, Çomaxtur və Xələc kəndlərində qaz təchizatı iyunun 2-də saat 14:00-dan müvəqqəti dayandırılacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu