Modern.az

Rusiya Türkiyədəki səfirini dəyişdi

Rusiya Türkiyədəki səfirini dəyişdi

2 İyun 2025, 13:14

Rusiya Türkiyədəki səfirini dəyişmək niyyətindədir. Diplomatik missiyanın yeni rəhbəri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin olacaq.

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

Verşinin 2018-ci ilin mart ayından nazir müavini vəzifəsində çalışıb, bundan əvvəl o, Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru olub. Eyni zamanda, 2011-ci ildən Xarici İşlər Nazirinin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub. Bu vəzifədə o, “Yaxın Şərq dördlüyü” (Rusiya, ABŞ, Aİ və BMT) danışıqlarında Rusiyanı təmsil edib. 2013-cü ildən müxtəlif beynəlxalq formatlarda  Suriya nizamlanmasında fəal iştirak edir. 2017-ci ilin yanvarından Astana formatında danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri olub, Cenevrə və Vyanada Suriya müxalifətinin nümayəndələri ilə görüşlərdə iştirak edib.

Sergey Verşinin Rusiyanın Türkiyədəki səfiri vəzifəsində 2017-ci ildən bu vəzifəni icra edən Aleksey Yerxovu əvəz edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər