Modern.az

Gorusda Fransa konsulluğu açıldı

Gorusda Fransa konsulluğu açıldı

2 İyun 2025, 13:42

Bu gün Gorus meriyasına bitişik binada Fransanın fəxri konsulluğu açılıb. Fəxri konsul milliyyətcə erməni, həm də Gorus Frankofoniya Mərkəzinin direktoru olan Karmen Apuntsdur.

Modern.az xəbər verir ki, açılışda Fransanın Ermənistan Respublikasındakı səfiri, Ermənistan Respublikasının ərazi idarəsi naziri, xarici işlər nazirinin müavini, Sünik qubernatoru, Gorus şəhərinin meri, fransalı senatorlar və başqaları iştirak ediblər.

Qeyd edək ki, fəxri konsul Aparatı Baş Konsulluqdan xeyli aşağı statusa malikdir və bir qayda olaraq siyasi funksiyalara və toxunulmazlığa malik deyil. Fəxri Konsulun İdarəsi əsasən humanitar və mədəni funksiyalara malikdir və bəzi hallarda konsulluq xidmətləri göstərə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu