Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı
Bu həftə iranda “İslam” respublikasının qurulmasının 35 iliyi qeyd olundu.İranın bütün şəhərləırində rejim tərəfindən təşkil olunan 1979-ci il inqilabının ildönümü mərasimlərində hakimiyyət nümayəndələri öz çıxışlarında 35 il müdətində ölkənin inkişafından və islam inqilabının böləgədə və dünyada təsirindən danışaraq qərb dövlətlərini və onların bölgədə mütəfiqlərinin irana qarşı təxribatlarından söz açaraq yenə amerika və israili hərbi təhdidlərə hədələdilər.
Tehranda keçirilən mərasimdə iştirak edən İran prezidenti Həsən Ruhani öz çıxışında bildirib ki, “İran istənilən təcavüzkar qarşısında duruş gətirə biləcək. İran xalqına qarşı təhdidlər faydasızdır”.
“Heç bir ölkə bizi məğlub edə bilmədi. İslam Respublikası sanksiyalar qarşısında duruş gətirdi. Ölkəmiz inkişaf yoluna davam etməkdədir” deyən H.Ruhani Tehranda minlərlə insan qarşısında çıxışı zamanı vurğulayıb.
H.Ruhani ölkənin xarici siyasətinə də toxunub. İran üçün xarici siyasətdə qarşılıqlı hörmət və bərabərlik prinsiplərinin əhəmiyyət kəsb etdiyni bildirən prezident Tehranın digər dövlətlərlə məhz bu prinsiplər əsasında konstruktiv dialoqa tərəfdar olduğunu qeyd edib.
“İranın xarici siyasətində qonşu dövlətlər xüsusi yer tutur. Biz bölgədə təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə çalışırıq. Burada terrorçuluğa qarşı mübarizə vacib şərtlərdən biridir”.
Həsən Ruhaninin səsləndirdiyi fikirlərin yalan olduğunu və iran rejiminin bölgədə və dünyada terror şəbəkələrinə maddi və texniki dəstəyini açıq formada etiraf edən İran parlamentinin deputatı Mahmud Nəbəviyan fevralın 12-də islamçı tələbələrlə görüşündə ölkənin Suriya hökumətinə yardımından, İran iqtisadiyyatından və Cenevrədəki nüvə razılaşmasından danışıb.
Suriya məsələsinə toxunan axund Mahmud Nəbəviyan İranın Bəşər Əsəd hökumətinə hərbi yardım göstərdiyini təsdiqləyib: “Biz 150 min nəfər suriyalını İrana gətirib onlara hərbi təlim keçmişik. 150 min nəfər Suriya vətəndaşını da öz ölkələrində hərbi baxımdan təlimatlandırmış, yetişdirmişik. Bundan başqa “Hizbullah”ın 50 min nəfərlik qüvvəsini Suriyaya göndərmişik. “Hizbullah” da bildirib ki, onun İsrailə atmağa 80 min raketi var. Məhz bütün bunlara görə Amerika Suriyada məğlub oldu”.
Deputat Qərbin İrana qoyduğu sanksiyaların mənfi təsirindən danışıb: “Amerika 2012-ci ilin iyun ayından heç bir xarici gəminin sahillərimizə yaxınlaşmasına, bizdən neft almasına imkan verməyib. Həmin tarixdən Amerika dünya banklarının qapılarını da üzümüzə bağlatdırıb. İndi biz bircə dolları belə bank vasitəsilə reallaşdıra bilmirik. Həmin sanksiyalara görədir ki, bizim gündəlik ixrac etdiyimiz neftin həcmi hazırda 650-700 min barel arasındadır”.
Cenevrədəki nüvə razılaşmasına və onun nəticəsinə qarşı çıxan Mahmud Nəbəviyan deyib ki, bu razılaşma ilə İran birtərəfli qaydada çoxlu öhdəlik götürməyə məcbur edilib: “Mən nüvə müzakirələrinin müddəti və ölkəyə qoyulan sanksiyaların tamamilə ləğvinin vaxtı haqda xarici işlər nazirimizin müavini Abbas Əraqçiyə sual verdim. Dedi ki, onlar (Qərb) bunun 20 il davam edəcəyindən danışırlar. Biz isə etiraz edərək bunu heç olmasa 5 ilə endirmələrini istədik. Lakin onlar qəbul etmədilər”.
İran səfiri Azərbaycanı Ermənistandan hədələdi!
“Tarixi iddialar Azərbaycanın müstəqilliyini sual altına sala bilər”.
Erməni mətbuatının yaydığı məlumata görə, bunu Ermənistan paytaxtı İrəvanda yayılan “Armnews” telekanalına müsahibəsində İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi bildirib.
“Əgər söhbət tarixi tələblərdən gedirsə, onda çox sayda bu cür məsələlər ortaya çıxa bilər. Belə olan vəziyyətdə çox sayda ölkələrin, o cümlədən Azərbaycanın suverenliyi sual altına düşə bilər”, - deyə səfir bildirib.
İran səfiri daha sonra ölkəsinin Ermənistana dost münasibətindən bəhs edib. Onun sözlərinə görə, İran-Ermənistan münasibətlərinin gündəliyində ən vacib məsələ kimi dəmir yolunun məsələsi durur. M.Rəisi həm də məlumat verib ki, yaxın zamanlarda İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfərə gələcək.
Bununla yanaşı İranın Nüvə enerjisi təşkilatının rəhbəri Əli Əkbər Salehi ölkənin Hərbi-Hava Qüvvələrinin komandanlığı ilə görüşdə bəyan edib.
“Əgər İran danışıqlar apardığı ölkələr tərəfindən öhdəliklərin pozulması halları ilə qarşılaşsa, qısa müddətdə əvvəlki mövqeyinə qayıdacaq”, - deyə o vurğulayıb.
Hətta İran rəsmiləri hərbi gəmilərini amerikanın yaxınlığna göndərəcəyinidə bildirb.Lakin iranın bu təhdidinə ammerika rəsmiləri dərhal öz münasibətini bildirb:
“İran elan edib ki, gəmilərini ABŞ yaxınlığına göndərir. Amma bizim əlimizdə İranın öz gəmilərini ABŞ sərhədlərinə yaxın sulara göndərməsini təsdiqləyən sübut yoxdur”.
Bunu Ağ evin sözçüsü Jay Carney deyib.
Onun sözlərinə görə, ABŞ-la İran arasında ciddi fikirayrılıqları qalmaqdadır. Və ABŞ İrana qarşı beynəlxalq sanksiyaların yerinə yetirilməsinə çalışmaqla yanaşı İranın beynəlxalq terrorçuluğa, Hezbollaha yardım etməsinə qarşı çıxır. Carney bildirib ki, ABŞ heç də İrana güzəştə getmir. Sadəcə, beynəlxalq ictimaiyyətin dəstəyilə İranın mübahisəli nüvə proqramı ilə bağlı məsələni dinc yolla həll etməyə çalışır.
Bununla yanaşı ABŞ prezidenti Barak Obama irana qarşı qoyulan sanksiyaları pozan bəzi şirkətlərə xəbərdarlıq edib.
Barak Obama: İran nüvə proqramının dinc məqsədli olduğunu sübut edərsə, bütün sanksiyalar aradan qaldırılacaq .
Ağ Evdə ABŞ və Fransa prezidentləri arasında görüş keçirilib
Barak Obama və Fransua Olland ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə yanaşı, İranın nüvə proqramını da müzakirə ediblər. Hər iki ölkə lideri İrana qarşı mövcud sanksiyaların qüvvədə olduğunu bir daha vurğulayaraq, bu qadağaları pozanların cəzalandırılacağını bildirib.
Görüşdən sonra ABŞ və Fransa prezidentləri Ağ Evdə birgə mətbuat konfransı da keçiriblər. B.Obama Fransanın “altılıq” qrupunun üzvü olan bir ölkə kimi səylərini yüksək qiymətləndirərək, rəsmi Vaşinqton və Parisin İranın nüvə silahına yiyələnməsinin qarşısının alınması məsələsində həmfikir olduğunu bildirib: “Gələn həftə İranla “altılıq” ölkələri arasında keçiriləcək növbəti nüvə müzakirələri rəsmi Tehrana öz nüvə proqramının dinc məqsədli olduğunu sübut etməyə imkan verir. ABŞ və Fransa İrana qarşı mövcud sanksiyaların bu ölkənin nüvə fəaliyyətlərindən dolayı davam etdirilməsində də həmfikirdirlər. Ancaq Cenevrə razılaşmasının qüvvədə olduğu müddətdə İrana qarşı yeni sanksiyaların tətbiqi nüvə müzakirələrinə mənfi təsir göstərə bilər. Ona görə də hər iki ölkə İrana qarşı yeni sanksiyaların tətbiq edilməməsinin tərəfdarıdır. Onsuz da mövcud sanksiyalar İranı danışıqlar masası arxasına gətirmək mahiyyəti daşıyıb. İran öz nüvə proqramının dinc məqsədli olduğunu sübut edəcəyi təqdirdə daha çox imtiyazlar əldə edəcək. Rəsmi Tehran bunu elmi və texniki şəkildə isbatlamalıdır. Əgər İran öz nüvə proqramının dinc məqsədli olduğunu sübut edərsə, onda bu ölkəyə qarşı tətbiq edilmiş bütün sanksiyalar aradan qaldırılacaq”.
ABŞ prezidenti həmçinin Cenevrə razılaşmasından sonra bəzi Qərb ölkələrinin İran bazarına çox ciddi şəkildə girməyə can atmasından dolayı da narahatlığını ifadə edib: “Bu addımlar onlar üçün istənilməyən nəticələr doğura bilər və bu mövqe nüvə razılaşmasının ruhuna ziddir”.
F.Olland isə öz növbəsində vurğulayıb ki, İran hərbi məqsədli nüvə proqramından imtina etməyəcəyi təqdirdə müqavilə də imzalanmayacaq: “Bundan əlavə, Cenevrə razılaşması müddətində İrana qarşı mövcud sanksiyalar öz qüvvəsində qalacaq”.
Fransa prezidenti həmçinin son günlərdə ölkəsindən 116 nəfərlik nümayəndə heyətinin İrana səfərinə də toxunub: “Həmin şirkətlər İrana qarşı mövcud sanksiyaların hələlik qüvvədə qaldığını yaxşı bilirlər”.
Bu arada iran rejiminin müxaliflərə və milli fəallara qarşı təqib və təziqləridə davam edib. Tehranda onlarla islahatçı tərəfdarı həbs edilib
Ötən günlərdə tehranda İran İslam inqilabının qələbə çalmasının 35-ci ildönümü ilə bağlı keçirilmiş yürüş zamanı ölkənin islahatçılar düşərgəsinə yaxın bir sıra siyasi fəallar həbs edilib.İran mənbələrimizin verdiyi məlumata görə həmin şəxslər ölkə prezidenti Həsən Ruhani və sabiq dövlət başçısı Məhəmməd Xatəminin dəvəti ilə mərasimə qatılıblar. Ancaq “Tövhid” metro stansiyasının yaxınlığında İran nizam-intizam qüvvələri (polis) tərəfindən həbs edilərək bölməyə aparılıblar. Buna səbəb onların əllərində “Gənc islahatçılar” başlığı altında indiki prezident H.Ruhani və keçmiş dövlət başçıları Əli Əkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin plakatlarını tutmalarıdır.
Artıq tutulanlardan bəziləri sonradan azad ediliblər. Lakin digərlərinin taleyi ilə bağlı heç bir xəbər yoxdur. Onların arasında İşçi Partiyası Tələbələr Təşkilatının üzvləri Mehdi Cəfəri və Mehdi Münəzzəmi, həmçinin İslam İnqilabının Mücahidləri Təşkilatının üzvlərindən biri olan Nənzələ Hidayəti də var. Ümumilikdə 20-yə yaxın gəncin həbs edildiyi bildirilir.Bunula yanaşı İran Prezidenti Ərəb şairin edam hömünü imzalayıb.İranın məşhur ərəb əsilli şairi Haşim Şabani edam edilib.Şabani dini dəyərlərə qarşı olmaqda və milli təhlükəsizliyi təhdid etməkdə ittiham olunub. İranın insan haqları qruplarının verdikləri məlumata görə, şairin edam qərarını prezident Həsən Ruhani imzalayıb.
Qeyd edək ki, Şabani İranın Xuzistn əyalətində sünni ərəblərə qarşı ayrı-seçkiliyə qarşı etdiyi etiraz çıxışından sonra həbs olunmuşdu.
İranda daha 4 nəfər edam edilib
Edamlardan ikisi İranın Fars vilayətində, ikisi də Məşhəd vilayətində dara çəkilib. Məhbuslardan üçü qətldə, biri isə təcavüzdə günahlandırılıb.Onlardan ikisi Şiraz şəhərində əhalinin gözü qarşısında, digər ikisi isə Məşhəd şəhərinin Vəkilabad həbsxanasında edam olunub. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 13-də səhər saatlarında icra edilib.
İranda 17 nəfər edam edilib
İranın Hörmüzqan vilayətində iki nəfər edam edilib.Bu məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər.
Onların ad və soyadları açıqlanmasa da, ancaq 29 və 35 yaşlarında olduqları bildirilir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 6-da səhər saatlarında Bəndərabbas şəhərinin həbsxanasında icra olunub.
Bundan əlavə, İranın Sistan və Bəluçistan vilayətində 15 nəfər edam edilib. Onlardan bəziləri siyasi məhbuslardır, bəziləri isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər. Onlardan yalnız bir nəfərin ad və soyadı açıqlanıb. Bu da Xosrov Bərahuyidir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 5-də səhər saatlarında Çabahar şəhərinin həbsxanasında icra olunub
İranda 8 siyasi məhbus əfv edilib
Məlumata görə, bu addımın 1979-cu il inqilabının 35-ci ildönümü münasibətilə atıldığı bildirilir.
Bunlar Firidun Seyidirad, Səid Cəlalifər, Məhəmməd Saimi, Pejman Əbdülhüeynzadə, Şahabəddin Mürtəzəvi, Seyid Məhəmməd Heydəri, Möhsün Mühəqqəqi və Əliəkbər Məhəmmədzadədir.
M.Mühəqqəqi İran Azadlıq Hərəkatının (Nehzət-e Azadi İran), Ə.Məhəmmədzadə isə İranın aparıcı tələbə təşkilatlarından olan Vəhdəti Möhkəmləndirən Qurumun (Dəftər-e Təhkim-e Vəhdət) əsas üzvlərindəndir və məzuniyyətdə olublar. Vaxtilə 1-3 il müddətinə azadlıqdan məhrum olunmuş digər məhbuslar isə həbs cəzalarının başa çatmasına iki ay qalmış əfv ediliblər. Onlardan ikisi məzuniyyətdə olduğundan, 6 nəfəri fevralın 10-da Tehranın Evin həbsxanasından sərbəst buraxılıblar.
İran və Ermənistan Araz çayının çirklənməsi ilə bağlı müzakirələr aparıb
İranın energetika naziri Həmid Çitçiyanla Ermənistanın təbiəti mühafizə naziri Aram Arutunyan arasında görüş keçirilib.Məlumata görə, görüşdə hər iki ölkənin transsərhəd çayı olan Araz çayının çirkləndirilməsi ilə bağlı məsələ əsas müzakirə mövzusu olub.İranın energetika naziri Araz çayının Ermənistanın mis zavodunun tullantıları ilə çirkləndirildiyini açıqlayaraq, bu çayın ekologiyasını qorumaq məsələsində rəsmi İrəvanın məsuliyyət daşıdığını bildirib.H.Çitçiyan jurnalistlərə açıqlamasında deyib ki, keçmişdə Araz çayının yaxınlığında yerləşən mis zavodunda tullantıların təkrar emalı mexanizminin yaradılması tələb olunurdu: “Ancaq bu sistem həmişə aktiv deyil. Görüşdə də onlayn monitorinq sisteminin yaradılması barədə razılıq əldə olunub. Bununla da İran və Ermənistan zavodun tullantılarının təkrar emalı sistemini təmin etməklə Araz çayının ekologiyası ilə bağlı narahatlığı aradan qaldıracaqlar”.Qeyd edək ki, Kür və Araz çaylarının çirklənməsinin əsas problemlərindən biri illik istehsalı 40 min ton olan Ermənistanın “Zəngəzur” mis zavodudur. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2009-cu ildə nəşr etdiyi hesabatında hər iki çayın mis və fenol birləşmələri ilə çirklənməsinin 2-6 dəfə artdığını açıqlayıb.
Güney Azərbaycanlı millət vəkili ədalətsizliyə dözməyib istefa verib
Güney Azərbaycanın Xalxal şəhərinin İran parlamentindəki millət vəkili gələn ilin büdcəsinin qəbul olunmasında müşahidə olununan ayrı-seçkiliyə görə istefa verib.
Cəlil Cəfəri bildirib ki, büdcə qəbulunda bölgələrə qarşı ədalətsiz yanaşmaya görə istefanaməmi yazıb və parlament sədrinə təqdim etdim. Və məhrum məntəqələrə qarşı ədalətsiz münasibət aradan qalxmayana qədər istefamı geri almayacam. Bu barədə “öyrənci səsi” məlumat yayıb.
Millət vəkili Tehran millət vəkillərinin siyasətdən başqa heç bir qayğılarının olmadığını vurğulayaraq bildirib ki, 19 və 20-ci cədvəllərin ləğv edilməsi nəticəsində məhrum məntəqələr üçün nəzərdə tutulan 420 milyard tümən vəsait ləğv edildi və bununla da kiçik və məhrum məntəqələrdə bir çox projelər dayandırıldı.
Bu arada Təbriz, Azərşəhr və Üskü əhalisinin parlamentdəki millət vəkili Əlirza Monadi Xalxal millət vəkilinmin istefasından danışıb. O, bildirib ki, 17-ci cədvəl büdcə layihəsinə qayıdınca artıq Xalxal millət vəkilinin istefasının səbəbi aradan qalxıb və o öz istefasını geri götürüb.
Yeni GAMOH lideri Təbriz həbsxansında fiziki və ruhi təziqlərə məruz qalır
Iran rejimi Güney Azerbaycan yeni GAMOH təşkilatının həbsdə olan lideri Doktor Araz Hesenlini ağır əmek düşergesinde saxlayır!!! Tebriz Hebsxanasının Orta Əsr tipli Emek Düşergesinde saxlanılan Araz bey günde10-12 saat ağır işlere mecbur edilir ve davamlı olaraq ağır tezyiqlere -tehqirlere meruz qalır. Hebsaxana şeraiti olduqca dözülmezdir. Araz bey beton döşeme üstünde yatmalı olur. Hebsaxanada bit-bire, sıçan-sıçovul, süseri ve... tüğyan edir. Tehlükeli cinayetkarlarla birlikde saxlanılan Araz beyin heyatına qarşı tehlüke olduğundan qorxulur!
Daha 5 nəfər Güney Azərbaycanlı milli fəal mühakimə olunub
Salar Turi, Məhəmməd Əmiri, Adil Xəndani, Məhəmməd Xətibi və Əli Sirnakın məhkəmə iclası keçirilib.
Milli-mədəni fəallar fevralın 9-da Təbrizin inqilab məhkəməsinin 2-ci şöbəsində hakim İmaninin sədrliyi ilə mühakimə olunub və irəli sürülən qondarma ittihamlardan özlərini müdafiə ediblər.
Qeyd edək ki, həmin fəallar 45 nəfərlə birlikdə 2013-cü il fevralın 24-də tutulub və iki gün sonra vəsiqə qarşılığında zaminə buraxılıblar. Fəalların ilk məhkəmə iclası həmin il martın 2-də keçirilib. Fəallar məhkəmədən zindana aparılıblar. İkinci məhkəmə iclası isə yenə həmin il martın 7-də keçirilib və hakim onların zaminə buraxılması üçün 100 milyon tümənlik mülki vəsiqə təyin etmişdi.
Milli-mədəni fəalların son məhkəmə prosesi isə 2013-cü il dekabrın 14, 15 və 16-da Təbrizin inqilab məhkəməsinin 19-cu şöbəsində keçirilib və fəallar bütün ittihamları rədd ediblər.
İran rejimi ölkə əhalisi xüsusi ilə qeyri-fars millətlərə qarşı apardığı informasiya blokadası siyasətini davam etdirməkdədir.
Məmurlar Azərbaycanın Qəzvin şəhərinin Bağe Dəbir xiyabanında əhalinin peyk antenalarını yığışdırmağa çalışıblar. Lakin bəhmən ayının 20-dı əhalinin rejimin məmurlarına müqaviməti, onların geri çəkilməsinə səbəb olub. Əhali məhəllələrə hücum edib evlərə girmək istəyən məmurlara evə daxil olmağa icazə verməyib. Məlumata görə, Əhalinin kütləvi etirazı məmurları geri çəkilməyə məcbur edib.
Urmu gölünün Filamenqları Bakıya köçür
İran rejimi Güney Azərbaycan Türklərinin sıx yaşadıqı bölgələri məqsədli şəkildə boşaltmaqa çalışır.
Pan farsist təməli üzərində qurulan iranın Pəhləvi və molla rejimləri uzun illərdən bəri İranda qeyri fars millətlərin özəliklə iranda çoxunluğu təşkil edən Güney Azərbaycan Türklərinin bütün milli kimliyini,mədəniyətini,tarixini,iqtisadiyyatını,tarixi abidələrini və son zamnlar hətta təbiətini də məhv etməklə min illərdən bəri xalqın əməyi hesabına qorunub saxlanan Azərbaycan torpaqlarını Türklərdən təmizləmək siyasətini həyata keçirməkdə davam edir.
Məlum olduğu kimi,son bir neçə il ərzində İran rejimi məqsədli şəkildə dünyanın heç bir yerində təkrarı olmayan və Yunesco tərəfindən dünyanın əvəz olunmaz incisi adlandırılan Urmu gölünə axan çaylarlıın qarşısında prspektivi olmayan sədlər tikdirərək bu gölü qurutmaqda davam üdir.
Güney azərbaycan əhalisinin və hətta beynəlxalq təşkilatların bu göllə bağlı həyəcan təbli çalmaqlarına baxmayaraq iran rejimi qarşısına qoyduqu məqsədi icra teməkdədir.
Urmu gölündən əldə olunan son video görüntülər və şəkillər bunu deməyə əsas verir ki,artıq Urmu gölünün 80% quruyub və həmin gölün ətrafında olan kəndlər duz fırtınalarının məhv etdiyi təsərüfatlarını qoyaraq iranın başqa şəhərlərinə köçməyə məcbur olurlar.yerli əhalidən aldıqımız məlumtlara əsasən Türkiyyədən və Şimali İraqdan kütləvi şəkildə bu bölgəyə köçürülən terrorist kürdlərın təhlükəsi bir tərəfdən, Urmu gölünün qurudulması da bir tərəfdən artıq bu bölgədə yaşmaq mümkün olmayacaq.
Min illərdən bəri Urmu gölünün sakinləri olan nadir quşlar və dünyada müşahidə olunmayan dəniz heyvanlarıda artıq ya həlak olub yada buradan köç etmək məcburiyyətində qalıb.
Sizin diqqətinizə təqdim etdiyim şəkil Urmu gölünün ən qədim sakinləri olan məşhur filamenqolardır ki, artıq Quzey Azərbaycana köçməli olublar bu şəkil 09.02.2014-ci il tarixində Bakı şəhəri Yasamal rayununda yerləşən yarmarkada lentə alınıb.
Bu qeyri insani cinayətləri həyata keçirən müqəddəs İslam dinin pərdəsinə bürünmüş panfarsist molla rejimidir.
Məncə həqiqi müsəlman olanloar bu vəhşiliyi nə insanlara nədə allahın yaratdıqı dilsiz hevanlara rəva görməz.
Ərdəbil vilayətində yerləşən kiçik gölləri Urmu gölünün taleyi gözləyir
İran rejiminin yanlış siyasəti nəticəsində Ərdəbil vilayətində yerləşən kiçik göllər qurumaqdadır. Urmu gölünün qurudulmasından sonra hazırda Ərdəbilin 46 kiçik gölü son nəfəsini çəkməkdədir. Ətraf Mühit mütəxəssislərinin fikrincə təcili tədbir görülməzsə Ərdəbil vilayətində yerləşən göllər tam quruyacaq. Bunların əsas səbəbi isə rejimin yanlış siyasəti və gölə tökülən sulara müdaxilədir. Kiçik göllərə tökülən çayların qarşısında rejim tərəfindən sədlərin tikilməsi onların qurumasının əsas səbəbidir. Eyni zamanda həmin göllərə tökülən sular zəhərləndirilir ki, bu da ekologiya və canlıların həyatını təhlükəyə salır.
Güney Azərbaycanda tarixi abidələrimiz məhv edilir
Güney Azərbaycanın milli-mənəvi sərvəti olan Qala Başı tarixi təpə və torpaq altında olan qalan Nağadey (Sulduz) Bələdiyyəsi tərəfindən mağazaya çevrilməsi üçün xüsusi hazırlıqlar görülür. Demək olar ki, bu barədə keçmiş Şəhər Şuraları tərəfindən adı çəkilən proyektin icra olunmasına imza atılmışdır və yerli Mədəniyyət və Turizm Təşkilatı tərəfindən irəli sürülən şikayət nəticəsində bu proyekt dayandırılmışdır.
Ancaq bütün bu təkliflərə baxmayaraq, elə bil ki, məhkəmə Şəhər Şurasının xehrinə rəy vermişdir. Dayandırılmış proyektin yenidən qanunsuz şəkildə icra olunması üçün Şəhər bələdiyyəsi və Şəhər Şura üzvləri burada tarixi qala olduğunu inkar edir və ancaq bələdiyyə üçün gəlir əldə etməyi məqsədli şəkildə icra etməyə çalışırlar.
1937-ci ildə aid çəkilmiş bu fotodan da göründüyü kimi, məsələ açıq-aşkar məlumdur. Həmin fotonun özü də təsdiq edir ki, burada Azərbaycan Türklərinin milli tarixi üçün çox mühüm olan bir qala mövcuddur. İndi milli tariximizin şərəfli izi olan bu tarxi abidəni tamamilə yerlə yeksan etməyə çalışılır. Öz milli hökuməti olmayan Azərbaycan xalqının milli-mənəvi sərvətləri bu şəkildə talan edilir. Doğrusu Sulduz mahalında 55 tarixi təpə mövcuddur. Qala Başıqalası bir tarixi abidə kimi düz Sulduz şəhərinin mərkəzində yerləşir. Əgər şəhər hakimiyyətinin bu proyekt dayandırılmasa, başqa təpələr də məhv edilməyə məhkum olacaqlar.
İndiki Şəhr Şurasının 3 üzvü keçmiş Şəhər Şurasının üzvləridir və öz abırları getməsin deyə indiki məqamda sadəcə seyrçi mövqe sərgiləməkdədirlər. Onu da qeyd etmək lazımdır ki, Nağadey şəhərinin gəlir mənbələri bir problem kimi indyə kimi əsaslı şəkildə həll olunmamışdır. Çünki şəhərin sosia-iqtisadi baxımdan inkişafı üçün dövlət tərəfindən heç bir büdcə ayrılmamışdır. Sulduz camaatı sadəcə olaraq, İran dövlətinin strateji maraqları müstəvisində hər hansı bir müharibə üçün əzizlənir və ölkə müharibə ilə üz-üzə qalacağı təqdirdə, bu şəhərin igid insanları dərhal səfərbər olunacaqlar. Onların uzun müddətdir başqa sosial-iqtisadi yaşam tərzi sanki, Tehran rejimi üçün maraqsız bir dəyərdir. Son 35 illik tarixi prosesləri diqqətlə incələdikdə bəlli olur ki, Tehran rejimi harada bir savaş problemi ilə üzləşdikdə, dərhal qəhrəman Sulduz əhalisini səfərbər edərək, onların gücü və qüdrətindən öz maraqları üçün məharətlə yararalanır. Hətta hər bir Sulduzluya bu savaşlar dönəmində olduğundan da artıq yalmanır. Ancaq, savaşlar bitdikdən sonra hər şey anındaca unudulur.
Öncələr şəhər merləri dövlət tərəfindən təyin olunurdu və elə şəxslər bu vəzifəyə qoyulurdu ki, şəhərin gəlirlərini mərkəzi hökumtə qaytarır və bu əməlinə görə, Tehran mükafat adı altında həmin merləri rüşvət içində boğurdu. Əslində onlara Tehrandan verilən mükafatlar ve ənamlar uzaq strateji hədəflərə hesablanmışdı. Beləliklə Sulduz şəhərinin daxili gəlir mənbələri süni şəkildə Tehran siyasətinin nəticəsində yerli hökumətin əli ilə məhv edilmşdir.
Ancaq, son illər durum bir qədər fərqli məzmundə olsa da, xeyli dərəcədə dəyişmişdir. Yeni qanunla yerli bələdiyyələr xərclərini özləri təmin etməlidir. Nağadey şəhəri kiçik bir şəhərdir və 80 min nəfər əhalisi vardır. Bu şəhərin bələdiyyə işçilərinin maaşını verməyə belə imkanı yoxdur. Buna görə də, Şəhər Şurasının üzvləri əlavə gəlir mənbələri əldə etmək üçün yeni hiylələrə əl atmaq istəyirlər. Şəhər təsərrüfatını qurmaq, yeni iqtisadi imkanlar üçün şərait yaratmaq əvəzinə, tarixi-memarlıq abidələrini yıxmaqla, özlərinin savadsız qafaları ilə milli tariximiz üçün başabəlaya çevriliblər. Buna görə də şəhərin mərkəzində yerləşən bu tarixi abidəni yıxıb dükan və mağazalar düzəldərək yeni gəlir mənbələri yaratmaq istəyirlər.
Şəhər Şurası və yerli bələdiyyə başa düşümür ki, bu məsələ daha çox siyasi baxımdan da təhlükəlidir. Güney Azərbaycanın bu kiçik dilbər guşəsi olan Sulduz şəhərində bir çox tarixi və arxeoloji əhəmiyyətli məkanlara malikdirlər. O cümlədən Həsənli Təpəsi. Bu tarixi abidənin Türk Dünyası və Güney Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Axı bu tarxi abidənin düz yeddi min il yaşı var. Həsənli Təpəsində (Kurqan) arxeoloji qazıntılar zamanı üzə çıxan maddi-mədəni abidələrin hamısı türk tarixinin salnaməsidir. Türk Dünyası tarixində bunca bəşər mədəniyyəti üçün mühüm əhəmiyyət kəsb edən dörd abidə mövcuddur. Bunlar “Pazırık Kurqanı” (Güney Sibir), “Çataluyuk Kurqanı” (Türkiyə), “Ekbatan Kurqanı” (Həmədan, Güney Azərbaycan) və “Həsənli Təpəsi”
(Sulduz, Güney Azərbaycan) abidələridirlər. 1978-ci ilə kimi qatı anti türk və anti milli siyasət aparan hakimiyyətdəki pəhləvilər xanədanlığı belə, Həsənli Təpə abidəsini tamamilə məhv edə bilmədi. Hətta Tehranda dərc olunan “Bərrəsihaye tarixi” (Tarxi tədqiqatlar) dərgisində fars şovinistləri nə qədər cəhd etsələr də, Həsənli Təpəsində üzə çıxan maddi-mədəni abidələri “farslaş”dıra və ya “iranlılaşdır”a bilmədilər. Bununla yanaşı, bu bəşəri mədəni irsi tamamilə dağıdıb məhv etməyi də düşünmədilər. Bu gün Sulduz şəhərinin başıboş hakimiyyəti isə, beş-on ueni dükan açmaq adı altında həmin abidələri məhv etməyi hədəf seçmişdir. Bütün bunlar azmış kimi Güney Azərbaycan türklərinn min illərdir tarxi və şərəfli milli kimliyi üçün mühüm əhəmiyyət daşıyan Pisdikli Təpə, Yanıq Təpə, Nizamabad Təpəsi və s. digər tarixi abidələri də məhv etməyə hazırlaşır. Belə bir siyasət türkə qarşı aşırı bir düşmən siyasəti aparan digər güclərin də maraq dairəsindədir. Sabah onlar çox asanlıqla deyə biləcəklər ki, Güney Azərbaycan torpaqları, xüsusilə də Urmu vilayəti, onun ən döyüşkən güc mərkəzi olan Sulduz şəhəri də türklərə məxsus deyil.
Bu gün Qala Başı tarixi abidəsinin daxilindəki qala bürclərinin olduğu məkanda qızıl sikkələr və digər ziynət əşyalarının olması da bir faktdır. Əldə etdiymiz bilgilərə görə, vaxtilə İran prezidenti olmuş Əliəkbər Haşımi Rəfsancaninin Yasir adlı oğlu qızıl sikkkələrinə sahib çıxmaq üçün gizli şəkildə Sulduz şəhərində olmuşdur. Eyni zamanda Qala Başı tarixi abidəsində xüsusi texnikanın sayəsində onları axtarmışdır. Onun əsas məqsədi isə, Qala Başı tarixi abidəsindən üzə çıxan və çox mühüm tarixi əhəmiyyəti olan qızıl sikkələri dünya bazarında ən qiymətli qızıl sikkəsi kimi satmaq olmuşdur. Bunu həm də onunla izah edirlər ki, İran-İraq savaşı (1978-1988-ci llər) nəticəsində ölkə demək olar ki, müflis duruma düşmüşdü. Buna görə də, Tehran hakimiyyəti tarixi əhəmiyyəti olan zəngin irsə malik olan nadir əsərləri dünya bazarında satmağa məcbur olmuşdur. Çünki, həmin eksponatlar İran hakimiyyəti üçün yeganə gəlir mənbəyi hesab olunurdu. Bütün bunlar təbii ki, qaçaq yolla qara bazarda həyata keçirilirdi. Ona görə də, İran və Güney Azərbaycana məxsus tarixi əhəmiyyət daşıyan mühüm eksponatların heç birinin dəqiq şəkildə qeydiyyatı da aparılmamışdır.
Bu gün çox maraqla izlənilən proseslərdən biri də, indiki prezident Həsən Ruhaninin də keçmiş prezident Əliəkbər Haşımi Rəfsəncaninin kölgəsi kimi hərəkət edir. İndi Güney Azərbaycanın Batı bölgəsinin ostandarı (vali) olan Səadət də Rəfsəncaninin keçmiş hakimiyyəti llərində ostandar vəzifəsində çalışmışdır. Beləliklə aydın olur ki, Güney Azərbaycan tarixi- mənəvi sərvətlərinin talanması üçün keçmiş hakimiyyət rəhbərləri yenidən müxtəlif vəzifələrə gəlmişlər. Elə buna görə də keçmiş prezident Mahmud Əhmədinəjadın hakimiyyəti dövründə dayandırılmış proyektlər təkrar icra olunacaqdır. Bu arada itirən tərəf isə ancaq Güney Azərbaycan və onun xalqı olacaq. Həm də indiki Şuranın sədri Sulduzun millət vəkili ilə çox isti münasibətləri vardır. Ola bilsin ki, kürd millət vəkili də bu işin arxasında olsun. Apardığımız müşhidələrə görə, Sulduz şəhərinin Mədəniyyət idarəsi Şəhər Şurasının belə bir addım atmasına qarşıdırlar. Bununla yanaşı, onlar Şəhər Şurasının sədrinin hansı addımları atacağını izləməyə məcburdurlar.
Qeyd edək ki, Sulduz şəhərində belə bir siyasətin ardınca erməni və kürd alimləri dərhal hərəkətə keçərək Güney Azərbaycanın Urmu vilayətinin, xüsusilə Sulduz, Qoşaçay, Sayınqala, Makı və digər iri şəhərlərinin ərazilərinin türklərə deyil, ta qədim çağlardan erməni, kürd və aysorlara məxsus olması haqqında heç bir tarixi qaynağa söykənmədən əsərlər belə yazacaqlar.