Modern.az

Əli Məsimlidən prezidentə DƏSTƏK: “20 ildir həyəcan təbili çalıram”

Əli Məsimlidən prezidentə DƏSTƏK: “20 ildir həyəcan təbili çalıram”

15 Fevral 2014, 11:20


“Mən real sektora maliyyə-kredit dəstəyinin gücləndirilməsi məsələsi barədə 20 ildir həyəcan təbili çalıram”. Bu barədə Modern.az-a açıqlamasında Milli Məcllsin deputatı, eks-baş nazir Əli Məsimli prezident İlham Əliyevin real sektora daha çox investisiya ayrılması barədə çıxışını şərh edərkən bildirib.

Deputat qeyd edib ki, regionlarda idxalı əvəz edəcək istehsal sahələri, normal maaş verilən iş yerləri açılmalıdır.

“Bu istehsal sahələri xaricə çıxarılası keyfiyyətli və rəqabətə davamlı məhsullar istehsal etməlidir. Bütün bu istiqamətlərdə konkret məqsədli proqram hazırlanmalı, onun hüquqi təminatı, təşkilati tədbirləri və maliyyə təminatı məsələləri həll edilib sistemli şəkildə həyata keçirilməyə başlamalıdır”-deyə deputat vurğulayıb.

Gülşən Raufqızı 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...