Səbail rayonu 7 saylı məktəbin XI sinif şagirdi Əminə Əmirxanlı “Sabahın alimləri” III respublika müsabiqəsindən haqsız yerə uzaqlaşdırılması ilə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət edib. O müsabiqədən uzaqlaşdırılmasını layihəsinin plagiat olmasının iddia edilməsilə razılaşmadığını vurğulayıb.
Bununla bağlı nazirdən kömək istəyən şagird bitərəf ekspert qrupu tərəfindən layihəsinin araşdırılmasını xahiş edib.
Məsələ ilə bağlı Təhsil Nazrliyindən Modern.az-a bildirilib ki, əgər həmin şagird quruma müraciət edibsə, onun müraciəti araşdırılacaq.
“Əgər Əminə Əmirxanlı sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edibsə, bu araşdırılacaq. Lakin bu haqda əlavə məlumat vermək mümkün deyil. Dünən müraciət edibsə, bunun tez zamanda araşdırılması mümkün deyil, vaxt lazımdır” - deyə nazirlikdən bildirilib.
Aytən ƏLİYEVA