Modern.az

Azərbaycan nefti 3 dollaradək BAHALAŞDI

Azərbaycan nefti 3 dollaradək BAHALAŞDI

İqtisadiyyat

3 İyun 2025, 09:20

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,53 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,53 ABŞ dolları, yaxud 3,82 % artaraq 68,82 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu