Modern.az

Qubada narkotiklə bağlı iki nəfər tutuldu

Qubada narkotiklə bağlı iki nəfər tutuldu

Aktual

3 İyun 2025, 10:46

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Modern.az-a verilən məlumata görə, əməliyyat zamanı rayon sakinləri Aydın Kazımov və Tofiq Bədəlovdan ümumilikdə 5 kiloqram marixuana, 1 kiloqram heroin, 300 qram həşiş və metadon tərkibli psixotrop həblər aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu