Modern.az

Bu ölkədə baş nazir istefaya göndərildi

Bu ölkədə baş nazir istefaya göndərildi

Aktual

3 İyun 2025, 10:58

Monqolustanın Böyük Dövlət Xuralı (parlament) gizli səsvermədən sonra baş nazir Luvsannamsrain Oyun-Erdenenin istefaya göndərilməsi barədə qərar qəbul edib. O, yeni hökumət başçısı təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək.

Modern.az xəbər verir ki, parlamentin bununla bağlı açıqlamasında bildirilib:
 

"Monqolustan parlamentinin iclasının reqlamenti haqqında qanuna əsasən, deputatların əksəriyyəti, yəni 64 nəfər Baş nazirə etimad səsverməsində səs verməli idi. Etimad səsverməsi parlamentarilərin əksəriyyəti tərəfindən gizli səsvermə yolu ilə təsdiq olunmadığından, hökumətin istefası məsələsinə baxılması üçün qərar qəbul edilib".

O da məlum olub ki, parlamentin spikeri Daşzeqviin Amarbayasqalan səlahiyyət müddəti başa çatan baş nazirə kabinetin yeni rəhbəri təyin olunana qədər səlahiyyətlərinin icrasını davam etdirməyi tapşırıb.

Qanuna görə, yeni baş nazir 30 gün ərzində təyin olunmalıdır.

Son günlər Ulan-Batorun mərkəzi meydanında dinc etiraz aksiyaları keçirilir. Onlardan birində iştirakçılar baş nazirin istefasını tələb ediblər. Etirazçılar bildiriblər ki, baş nazirin 22 yaşlı oğlu sosial şəbəkələrdə xanımına hədiyyə etdiyi brilyant üzük, avtomobil və bir neçə min dollarlıq dizayner çantasının fotolarını yerləşdirib ki, bunlar üçün xərclədiyi yüksək xərcin izahını verməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu