Modern.az

Abşeronda gənc qadın narkotiklə tutuldu

Abşeronda gənc qadın narkotiklə tutuldu

3 İyun 2025, 16:04

Abşeron Rayon Polis İdarəsi Saray polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.

Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək məbləğdə pul vəd etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu