Modern.az

Azərbaycanda qızıl BAHALAŞIB

Azərbaycanda qızıl BAHALAŞIB

Təhsil

15 Fevral 2014, 14:43


Son günlər dünya bazarında qızılın qiymətinin bahalaşması Azərbaycana da təsirsiz ötüşməyib. Belə ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də qızılın qiyməti 8-10 manat civarında bahalaşıb.
Modern.az saytı xəbər verir ki, dünya bazarında bu gün qiymətli metalın 1 unsiyası 1 305.48 dollar təşkil edir. Bir müddət öncə bir qramı 33 manata təklif olunan sarı metal indi 43 manata satılır.
Göründüyü kimi bir neçə gün ərzində qızılın qiymətində 10 manata kimi bahalaşma olub. Ekspertlər hesab edirlər ki, qızılın qiymət artımı benzinin qiymətindəki artımla bağlıdır.
İqtisadçıların fikrincə, digər səbəblərdən biri də qızıla investisiyanın azalması, həmçinin Yaxın Şərqdə olan sifarişlərin sayının aşağı düşməsidir.

Gültəkin ƏLƏSGƏR

 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU