Modern.az

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirdi

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirdi

İqtisadiyyat

3 İyun 2025, 17:30

03 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə Modern.az-a Maliyyə Nazirliyindən bildirilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən dörd bankında 30 gün müddətinə, 6.42% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi