Modern.az

Paris məhkəməsi Kanak liderini azadlığa buraxdı

Paris məhkəməsi Kanak liderini azadlığa buraxdı

4 İyun 2025, 00:40

Paris məhkəməsi Fransada saxlanılan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sədri Kristian Tein daxil olmaqla, daha 3 nəfərin azadlığa buraxılmasına qərar verib.

 

Modern.az bu barədə Fransanın "Le Monde" qəzetinə istinadən xəbər verir.

 

İyunun 3-ü axşam saatlarında çıxarılan qərarda Kristian Tein və digər üç fəalı (Dimitri Qeneqey, Guillaume Vama və Ervan Uaetheanen) həbsdə saxlamaq üçün heç bir səbəb olmadığı bildirilir.

 

Xatırladaq ki, 2024-cü ilin may ayında Kanakidə baş vermiş iğtişaşlardan sonra qeyri-şəffaf şəkildə müstəqillik uğurunda mübarizə aparan 7 şəxs, habelə 69 Kanak məhbusu Fransaya deportasiya edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU