Sabirabadda bir ailənin ölümünə səbəb olan yanğın Muğan Gəncəli kənd sakini Bahar İmanovaya məxsus ikimərtəbəli evdə baş verib.
Modern.az-ın məlumatına görə, yanğına səbəb evin birinci mərtəbəsində elektrik naqillərində baş verən qısaqapanma olub.
Hadisə zamanı ev sahibinin oğlu 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, gəlini, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, nəvələri - 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
07:50
Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Modern.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.
Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.
Əlavə məlumat veriləcək