Modern.az

Eks-prezidentə 11 il həbs cəzası kəsildi

Eks-prezidentə 11 il həbs cəzası kəsildi

4 İyun 2025, 09:16

Bişkekin Pervomayski Rayon Məhkəməsində bir neçə cinayət işi, o cümlədən Koi-Taş hadisələri üzrə məhkəmə prosesi keçirilib.

Modern.az xəbər verir ki, 24.kg saytının məlumatına görə, prosesdə sədrlik edən hakim Əzirət Mederov hökmü oxuyub.

Hökmə görə, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev qiyabi olaraq əmlakı müsadirə olunmaqla və dövlət mükafatlarından məhrum edilməklə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2020-ci il oktyabrın 5-6-da Bişkekdə parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq mitinqlər keçirilib. Sonra iğtişaşlar başlayıb. Oktyabrın 6-da ictimaiyyətin təzyiqi ilə Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini ləğv etmək məcburiyyətində qalıb. Bir neçə mühakimə olunan siyasətçi həbsdən azad edilib.

Oktyabrın 9-da Almazbek Atambayev, onun tərəfdarları Omurbek Babanov və başqaları növbəti mitinq elan ediblər. Meydanda ölkənin seçilmiş prezidenti Sadır Japarovun tərəfdarları ilə sabiq dövlət başçısı arasında əlbəyaxa dava düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər