Modern.az

Azərbaycan nefti bahalaşdı - Büdcə qiymətinə yaxınlaşır

Azərbaycan nefti bahalaşdı - Büdcə qiymətinə yaxınlaşır

İqtisadiyyat

4 İyun 2025, 09:26

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 ABŞ dolları, yaxud 1,52 % artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 ABŞ dolları, yaxud 1,52 % artaraq 69,87 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu